Cümhuriyyət sevdalıları bu gün Novxanıya sel kimi axdı. Və hər kəsə bəyan etdi: Budur cümhuriyyət sevgisi! Cümhuriyyəti yenidən bərpa edəcəyik!
Bu qədər məsafə qət edib, böyük öndərimiz Rəsulzadənin ziyarətinə qatılmış hər bir cümhuriyyətçiyə ürəkdən təşəkkür edirəm. Bu ölkənin sabahı əlbəttə ki, cümhuriyyətçilərdir! Var olun!
P.S. Bugünkü Novxanı ziyarətimiz son illərin ən kütləvisi və ən coşğulusu oldu. Məncə, bu, həm də təkcə son bir neçə gündə 11 üzvü şərlənərək həbs olunmuş AXCP-nin rejimə mesajı idi. Həbs və təzyiqlər bizi qorxuda, sarsıda, kiçildə bilməyəcək! Tam əksinə ədalətsiz və qəddar münasibət bizi daha da güclü edəcək!