Torpaqları işğal olunmaq çox ağır fəlakətdir

Torpaqları işğal olunmaq çox ağır fəlakətdir. Ancaq ondan da böyük fəlakət işğalla barışmaqdır. Bütöv bir xalqın hüquq və azadlıqlarının əlindən alınması faciədir, ancaq ondan da böyük faciə bu hüquqsuzluqla barışmaqdır. Vətənin əqidəli, vətənpərvər, insansevər övladlarının rejim tərəfindən məhbəslərdə çürüdülməsi ağır dərddir, ancaq ondan da ağır dərd siyasi məhbuslara divan tutulmasına biganəlikdir. Bu gün Laçının işğalından 26 il ötür. Xalq olaraq bu faciəni dərindən yaşadığımız hiss olunmur. 160 nəfər siyasi məhbusumuz məhbəsdə çürüdülür. Onlardan iki nəfəri - Elnur Fərəcov və Mirfeyzulla Seyidov real ölümlə üz-üzədir. Özümüzə sual verməliyik: Vətəndaş olaraq bu məhbus vətəndaşlarımızın azadlığı üçün ciddi bir iş görürükmü? Torpaqlarımızın işğalı ilə, Vətən övladlarına divan tutulması ilə, bütöv bir xalqın hüquqlarının əlindən alınması və inkişafına əngəl yaradılması ilə barışmağa heç haqqımız yoxdur!