Cəsur AXCP üzvləri

Cəsur AXCP üzvlərinin başlatdığı və bir çox mübariz insanın dəstək verdiyi #menitut xəstə məhbus dostlarımı #azadet kampaniyası kiçik də olsa, ilkin nəticəsini verməyə başlayıb. Dializ xəstəsi Mirfeyzulla Seyidovu Kürdəxanı təcridxanasının tibb məntəqəsinə köçürüblər. Xərçəng xəstəsi Elnur Fərəcov da atasına bildirib ki, başlanmış kampaniyadan sonra onun müalicəsinə diqqət artıb. Digər nəticə isə ondan ibarətdir ki, minlərlə insanın "məni tut, xəstə məhbus dostlarımı azad et" yazması nümayiş etdirdi ki, yeni həbs dalğası da mübariz insanları qorxuda bilməyib. Dostlar, ancaq bu yazdıqlarım olduqca kiçik nəticələrdir. Sadəcə bizim doğru yolda olduğumuzu göstərir. Məhbus dostlarımızın xəstəliyi isə o qədər ciddidir ki, onları nəinki tibb məntəqəsində, heç həbsxana xəstəxanasında da müalicə etmək mümkün deyil. Onlar dərhal azad edilməlidir. Odur ki, ölüm yatağında olan siyasi məhbus dostlarımızın xilası üçün hamı bacardığı yollarla mübartizəni davam etdirməlidir.